Avropa Birliyi Ukraynaya söz verdi

Avropa Birliyi (AB) Ukraynanın ittifaqa üzvlüklə bağlı namizədliyini tanıyır və müharibədən sonra ölkənin bərpasında iştirak edəcək.
Xeberaz.org xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Avroparlamentin sədri Robert Metsol deyib.
“Biz Ukraynanı rəsmi və tez bir zamanda AB üzvlüyünə namizəd kimi tanıyacağıq. Mən bunu sizə Avropa Parlamentindən söz verirəm. Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücum onun sülhü və dünya nizamını pozması deməkdir. Putin bundan uzaqlaşmayacaq. Bizə daha çox sanksiyalar lazımdır, onlar burada – Ukraynada etdiklərinə görə cavab verməlidirlər”, – Metsol vurğulayıb.