Xəbəraz

Cüdoçumuz bürünc medal görüşünə çıxmayacaq

  • 01 Aprel 2022
  • 87 baxış.
Cüdoçumuz bürünc medal görüşünə çıxmayacaq

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal görüşünə çıxmayacaq.

Azərbaycan Cüdo Federasiyandan Xeberaz-a verilən məlumata görə, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.