Xəbəraz

“İran Azərbaycanla əməkdaşlığını dərinləşdirməyə hazırdır” – Rəisi

“İran Azərbaycanla əməkdaşlığını dərinləşdirməyə hazırdır” – Rəisi

“Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır”.

“Xeberaz” xəbər verir ki, bu fikir İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

“Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir”, – hökumət başçısı qeyd edib.