Xəbəraz

Rusiyanın 10 milyard dollarlıq texnikası Ukraynada məhv edilib

  • 01 Aprel 2022
  • 34 baxış.
Rusiyanın 10 milyard dollarlıq texnikası Ukraynada məhv edilib

Rusiya Ukraynada 10 milyard dollardan çox hərbi texnika itirib. 

Xeberaz xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

“Qoşunların və qüvvələrin yaxşı əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti sayəsində Rusiya artıq 10 milyard dollardan çox itki verib”, – məlumatda deyilir.

Sözügedən siyahınıya aid ən qiymətli hərbi texnikaları təqdim edirik:

3 milyon dollara qədər “T-90M Vladimir” tankı;

15 milyon dollar dəyərində quru və dəniz əsaslı “Pantsir S-1” özüyeriyən zenit silah sistemi.

“Ka-52” vertolyotunun qiyməti 16 milyon dollara qədərdir.Beləliklə, təxminən 96 milyon dollarlıq “Ka-52” helikopterləri məhv edilib.

27 milyon dollar dəyərində olan “İl-76” hərbi-nəqliyyat təyyarəsi. Hazırda bir İl-76-nın desant qüvvələri ilə birlikdə vurulduğu məlumdur;

65 milyon dollara qədər olan müasir “Su-35S” qırıcısı. Martın 1-də “MiQ-29″da olan ukraynalı pilotlar Kiyev vilayətində Rusiyanın “Su-35S” qırıcılarını vurdular, düşmənin hər iki təyyarəsi məhv edildi. Martın 4-də “İqla 1 ATGM”dən istifadə edərək Çerniqovda daha bir qırıcı vuruldu;

100 milyon dollara qədər sərvəti olan “OTRK İsgəndər-M”. Martın 10-da Ukrayna Silahlı Qüvvələri Çerniqov istiqamətində “İsgəndər-M” diviziyasını məhv edib. Diviziyaya 4 buraxılış qurğusu və 8 ballistik raket daxildir;

“BDK Saratov”un dəyəri 100 milyon dollardan çoxdur. O, martın 24-də Berdyansk limanında məhv edilib.