Xəbəraz

İtaliya prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

İtaliya prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.

Xəbəraz.org  xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio aprelin 2-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

Luici Di Maio İtaliya Prezidenti Sercio Mattarellanın ölkəsinə səfərlə bağlı dəvətini dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.