Xəbəraz

Rəsmi Bakıdan Danimarka paylaşımı: Səbirsizliklə gözləyirik

Rəsmi Bakıdan Danimarka paylaşımı: Səbirsizliklə gözləyirik

Azərbaycan Respublikası ilə Danimarka Krallığı arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötür.

Xəbəraz.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Tvitter hesabında paylaşım edilib.

“Bu gün Azərbaycan və Danimarka arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Danimarka Krallığının hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Danimarka arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, – deyə paylaşımda qeyd edilib.