Xəbəraz

Rafiq Hüseynov finala yüksəldi

  • 02 Aprel 2022
  • 37 baxış.
Rafiq Hüseynov finala yüksəldi

Bu gün Azərbaycanın son 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında mübarizəyə qoşulub.

Xeberaz.org xəbər verir ki, Murad Məmmədov (60 kq) 1/8 finalda Daniel Bobilyoya (İspaniya), Məmmədov 1/4 finalda Vitali Yeriomenkoya (Moldova) qalib gəlib Murad yarımfinalda türkiyəli Kerem Kamala uduzub. Həmyerlimiz bürünc medal uğrunda güləşəcək. Rəqib Razvan Arnaut (Rumıniya) – Helari Maeqisalu (Estoniya) görüşünün qalibi olacaq.

Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskiyə (Almaniya), daha sonra Mateuş Bernatekə (Polşa) qalib gəlib. O, finalın bir addımlığında türkiyəli Murat Firara məğlub olub – 0:2. Cəfərov serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşəcək.

Ülvi Qənizadə (72 kq) ilk görüşdə Samuel Belşeididən (Almaniya), 1/4 finalda Deyvid Dimitrovdan (Bolqarıstan) üstün olub. O, yarımfinalda Şmaqi Bolkvadzeyə (Gürcüstan) uduzub və bürünc medal üçün yarışacaq. Rəqib Leos Drmola (Slovakiya) – Kristupas Sleyva (Litva) qarşılaşmasının qalibi olacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, ikiqat Avropa çempionu Rafiq Hüseynov (82 kq) ilk döyüşdə Petr Novakı (Çexiya), 1/4 finalda Tamaş Levayı (Macarıstan), yarımfinalda Mixail Braduyu (Moldova) məğlub edərək finala adını yazdırıb. Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olacaq.

Murat Lokyayev (97 kq) 1/8 finalda Arvi Savolaynenə (Finlandiya) uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün millimizin üzvü 3-cü yer uğrunda mübarizə aparmaq şansı əldə edib. Lokyayev təsəlliverici görüşdə yunan Laokratis Kesidislə qarşılaşacaq.

Təsəlliverici və medal qarşılaşmaları aprelin 3-də keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.