Xəbəraz

Şeyx zəngin iftar süfrələri görüntülərini internetdə paylaşmamağa çağırdı…

Şeyx zəngin iftar süfrələri görüntülərini internetdə paylaşmamağa çağırdı…
Suriyalı vaiz Şeyx Səid Məşhədi mübarək Ramazan ayının başlanması münasibəti ilə müsəlmanlara müraciət edərək mümkün olduğu qədər  zəngin iftar süfrələrini əks etdirən  fotoları ictimailəşdirməkdən çəkinməyə çağırıb.
Xeberaz.org bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.
Din xadimi müraciətinin səs yazısını sosial şəbəkələrdəki abunəçilərinə göndərib.
Onun sözlərinə görə, bolluğun nümayişi milyonlarla insanın düşdüyü indiki çətin sosial durumla  bir araya sığmır.
“Qardaşlar, nə baş verdiyini görürsünüz. Bu gün yer üzündə çoxlu sayda möhtaclar, qaçqınlar, nəinki iftar süfrəsi açmağa, yeməyə heç nələri olmayan milyonlarla insan var. Ona görə də yoxsullara və çətin vəziyyətə düşmüş adamlara mənəvi zərər verməmək üçün evdə bişirdiyiniz və ya restoranlarda yediyiniz müxtəlif və ləzzətli xörəklərin görüntülərini çəkib internetdə yerləşdirmək lazım deyil” – deyə şeyx müraciətində vurğulayıb.