Ukrayna bu məsələlərə daha real yanaşır – Medinski

Ukrayna neytral və nüvəsiz status məsələsində daha real mövqe göstərir.
Xəbəraz.org xəbər verir ki, bunu Ukrayna ilə danışıqlardakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
“Ukrayna tərəfi neytral və qeyri-nüvə statusu ilə bağlı məsələlərə münasibətdə daha real yanaşır, lakin razılaşma layihəsi təqdim olunmağa hazır deyil”, – Medinski bildirib.