Xəbəraz

Ukrayna ordusu daha bir şəhəri azad etdi

  • 03 Aprel 2022
  • 45 baxış.
Ukrayna ordusu daha bir şəhəri azad etdi

Ukrayna ordusu Belarusla sərhəddə yerləşən Pripyat şəhərini işğalçılardan azad edib.

Xəbəraz.org xəbər verir ki, bu barədə Ukrayna Desant-hucum Qoşunları Komandanlığı məlumat yayıb.

“Desant-hucum Qoşunlarının bölmələri Pripyat şəhərini və Belarusla sərhəd məntəqəsini azad ediblər”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Ukrayna ordusu Çerniqovdan qərbdə, Belarusla sərhəddən 30 kilometr aralıda yerləşən Mixaylo-Kotsyubinsko kəndini işğaldan azad etmişdi.