Buça ilə bağlı iddia çox ciddidir – Peskov

Rusiya diplomatları Buçadakı təxribat mövzusunu BMT Təhlükəsizlik Şurasının gündəliyinə salacaq. Məsələ çox ciddidir.
Xəbəraz.org xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O deyib ki, Buçadakı vəziyyətlə bağlı faktlarla Ukraynanın iddiaları arasında ziddiyyət var:
“Bu məsələnin Təhlükəsizlik Şurasının platformasına çıxarılması təşəbbüsünün özü onu göstərir ki, Rusiya beynəlxalq səviyyədə müzakirəni istəyir və faktiki olaraq tələb edir”.
Qeyd edək ki, Rusiya Buçada baş verən hadisələr fonunda 4 aprel tarixində BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının çağırılmasını tələb edib.