Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi.
Uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi kursunun, strateji proqramların, konsepsiyalar və islahatların dayandığı müstəqil Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olub.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin edir.
Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin həyat amalı, möhtəşəm fəaliyyəti, uzaqgörən və müdrik siyasəti sayəsində ölkəmiz bu gün azad, müstəqil və güclüdür. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət suveren Azərbaycana şanlı tariximizin ən uğurlu illərini yaşatmaqla onu bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib.
Bu gün Azərbaycan uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların – davamlı və tarazlı inkişafı stimullaşdıran dövlət proqramlarının, ictimai həyatın bütün sahələrini əhatə edən fərman və sərəncamların nəticəsi olaraq dünyanın sürətli inkişaf yolunda olan, qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan dövlətlərindən biri kimi tanınır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan son 16 ildə olduğu kimi, 2018-ci ildə də iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Ötən ilin ən mühüm-əlamətdar hadisəsi prezident seçkilərinin keçirilməsi və cənab İlham Əliyevin növbəti dəfə möhtəşəm qələbə qazanması oldu. Azərbaycan xalqı cənab İlham Əliyevə yüksək etimad göstərdi və bir daha sabitliyə, inkişafa səs verdi. Ötən il aprelin 11-də xalqımız cənab İlham Əliyevin siyasətinə – inkişafa, sabitliyə, “Yeni hədəflərə doğru” müddəalarına yenidən “HƏ” deməklə bu inkişafın davamlılığını, dinamizmini şərtləndirdi və sürətləndirdi. Dövlət başçısı Azərbaycan xalqına müraciətində qeyd etdiyi kimi: “Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”.
Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı cənab İlham Əliyevə yüksək inam və etimad göstərməklə ölkəmizin qarşıdakı dövrdə də möhtəşəm nailiyyətlər, uğurlar qazanmasına mandat verdi. Azad, şəffaf şəraitdə Azərbaycan seçicilərinin yüksək fəallığı ilə yenidən Prezident seçilən cənab İlham Əliyevin xalq qarşısında çıxışında səsləndirdiyi fikirlər, verdiyi vədlər hər biri tam şəkildə yerinə yetirilib və yetirilməkdədir.
Son bir ildə Prezidentin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşıyıb. Siyasətinin əsasında Azərbaycan xalqının maraqlarını müdafiə etməyin vacibliyinin dayandığını söyləyən cənab Prezident xalqın rifah içində, təhlükəsizlik şəraitində yaşaması üçün əlindən gələni edir. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ardıcıl addımlar atır. Ötən bir ildə Azərbaycanda sosial-iqtisadi sahələrdə bir sıra uğurlar qazanılıb. Ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması kimi faktorlar bunun əyani sübutudur. Prezident İlham Əliyevin sosialyönümlü dövlət quruculuğunun təmin olunması istiqamətində apardığı uğurlu siyasət nəticəsində işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm addımlar atılıb. Cənab Prezidentin bu tədbirləri bir daha sübut edir ki, dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir. Sosial sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılması da bu sahəyə Azərbaycan Prezidentinin qayğısını bir daha təsdiq edir.
Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir. Bununla yanaşı, zamanın çağırışlarına uyğun olaraq genişmiqyaslı islahatlar həyata keçirilir, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edən mühüm addımlar atılır. Son zamanlar Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq həyata keçirilən tədbirlər sosial, iqtisadi və digər sahələri əhatə edən islahatların davamlı xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib və bütün bunlar Azərbaycanın qüdrətinin artmasını təmin edib.
Uğurlarımız, cənab İlham Əliyevin son on ildə gördüyü işlər Onun alternativsiz namizəd olduğunu təsdiqləyir. Uğurlarımızdan böyük qürur hissi keçiririk. Seçkilərdə də bu inkişafa dəstək olmaq üçün cənab İlham Əliyevə səs verəcəyik. İnkişafa, tərəqqiyə, firavan həyata səs vermək gərəkdir. Cənab İlham Əliyev bir-birindən əhəmiyyətli addımları ilə Azərbaycanı zirvələrə yüksəltdi. Müstəqil Azərbaycanımızın bayrağı uğurlarımızın təsdiqi olaraq daim yüksəkliklərdə dalğalanır. Xalqımız tam əmindir ki, dövlətimizin uğurlu siyasəti nəticəsində yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də tezliklə ədalətli həllini tapacaq, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. O gün uzaqda deyil.
Son on ilin uğurları cənab İlham Əliyevin qələbəsini şəksiz edir. Xalqımız cənab İlham Əliyevi dəstəkləyir, Onun ətrafında sıx birləşərək gələcəyə inamla irəliləyir. İlham Əliyevə səs verməklə Azərbaycanın işıqlı gələcəyinə səs vermiş olarıq. Xalqını, dövlətini sevən, hər an ölkəsinin gələcəyi haqqında düşünən liderə xalqın sevgisi böyükdür. Azərbaycanı qarşıda hələ daha böyük uğurlar gözləyir. Məqsəd uğurlara yol açan əsas amildir. Qarşıda on il üçün əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Bugünkü uğurlarımız bu məqsədə də yüksək səviyyədə çatacağımıza əsas verir. Azərbaycan xalqı cənab İlham Əliyevlə fəxr edir. Azərbaycanı işıqlı yola çıxaran Heydər Əliyev siyasəti uğurla davam edir. Azərbaycanın daha da qüdrətlənməsinə dəstək olaq.
Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı