Millət vəkili Jalə Əhmədova növbəti dəfə seçiciləri ilə görüşüb-FOTO

Xəbəraz.org xəbər verir ki,seçiciləri ilə səmimi söhbət edən millət vəkili Jalə Əhmədova hər bir vətəndaşın təklifi, eləcə də şikayəti ilə tanış olub, aktual məsələlər üzrə müzakirələr aparıb.
Seçicilərin problemlərinə həssaslıqla yanaşan Jalə Əhmədova məsəlnin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq addımlar atacağını, aidiyyəti orqanlara müraciət edəcəyini bildirib.
Görüş zamanı deputata ünvanlanmış müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb, bəziləri isə aidiyyatı üzrə müvafiq qurumlara yönləndirilib, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.