Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru

Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin dəvəti ilə aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olmuşdur. Keçirilən təkbətək görüşdə İlham Əliyev Şarl Mişelin Ermənistanla Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə verdiyi töhfəsini yüksək qiymətləndirmiş və 2021-ci ilin dekabrında olan üçtərəfli görüşdə müəyyən edilmiş Brüssel sülh gündəliyinin əhəmiyyətini vurğulamışdır. Cənab Prezidentimizin Brüssel səfəri Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi ilə nəticələnmişdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda əks olunmuş məqamlar da Azərbaycanın siyasi-diplomatik qələbəsinə şahidlik etdi. Şarl Mişelin Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etməsi Azərbaycanın “münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır” mövqeyini dəstəklədiyini isbatlayırdı. Prezidentimiz cənab İlham Əliyevin Brüssel səfəri erməni lobbisinin himayəsində olan “5-ci kolon”un da fiaskosu ilə nəticələndi, bütün siyasi oyunlara, təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha bir siyasi-diplomatik qələbəyə imza atdı. Bu da əlbəttə ki, Azərbaycan mövqeyini daha da gücləndirir, qarşısına qoyduğu hədəfləri reallaşdırmağa əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Brüssel səfərinin nəticələri Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurudur.
Şəhla Eminova –əməkdar müəllim