Xəbəraz

İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq

İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq

İnfrastruktur layihələr müstəvisində əməkdaşlıq.

Vətən müharibəsindəki qələbədən sonra Azərbaycana maraq daha artmışdır. Azərbaycan Avropa İttifaqı üçün ən böyük ticarət tərəfdaşlarından biridir. Belə olan halda, II Qarabağ müharibəsindən sonra yaranan yeni imkanlar iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə müsbət töhfələr verəcək. Ötən dövr ərzində Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə nümayəndələrinin ölkəmiz haqqında fikirləri deməyə əsas verir ki, Azərbaycanın çiçəklənməsi regionun çiçəklənməsi deməkdir. Əlaqələrin genişlənib inkişaf etməsi, Avropa İttifaqı Azərbaycanın regionun inkişafına, infrastrukturun genişlənməsinə, qarşılıqlı əlaqələrin gücləndirilməsinə verdiyi töhvələri yüksək qiymətləndirir. Əgər Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Cənubi Qafqaz üçün yeni əməkdaşlıq imkanlarının yaranmasında maraqlı olduğunu nəzərə alsaq, əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə ittifaqla ölkəmiz arasında əlaqələr daha da möhkəmlənəcək. Avropa İttifaqı Azərbaycanla ikitərəfli əlaqələrin gücləndirilməsinə xüsusi önəm verir. Belə ki, yeni sahələr üzrə əməkdaşlıq layihələri hazırlanır və yaxın gələcəkdə həmin proqramlar müzakirə edilməyə başlanacaq. Bu gün Avropa İttifaqı iqtisadiyyat, enerji, investisiyalar, infrastruktur və qarşılıqlı əməkdaşlıq kimi mühüm məsələlər üzrə Azərbaycanla birlikdə işləməyə hazırdır. Qeyd edək ki, bütün bunlar ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişafını da sürətləndirəcək.

Vüsalə Kərimova –şəhər 1 saylı məktəb liseyn direktoru