Xəbəraz

Avropa İttifaqı  Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı  Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

Avropa İttifaqı  Prezident İlham Əliyevin regional liderliyini qəbul edir

 

06 aprel  2022-ci il tarixdə Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr ölkə başçısının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Cənubi Qafqazda Sülhün təmin edilməsi uğrunda apardığı yorulmaz,ardıcıl,fədakar və uzaqgörən siyasətinin göstəricisidir.

Cənab Prezident İlham Əliyevin apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.Bildiyimiz kimi ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel Sülh Gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

Cənubi Qafqazda ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar -aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında Sülh Müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü məlum 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir.

Danışıqlar zamanı tərəflər arasında sərhədlərdə gərginliyin azalmasına xidmət edən razılıq əldə olunmuşdur. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq da əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır.

Eyni zamanda Avropa İttifaqının dəstəyi ilə İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı özünün humanitar ,iqtisadi və siyasi köməyini təsdiqləyir.

Odur ki,Cənab Prezidentin Brüssel səfərinə Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl,düşünülmüş və məqsədyönlü siyasətin növbəti böyük uğuru kimi baxmaq olar.

Brüssel Sülh Gündəliyində “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupunun həmsədrlik İnstitutuna istinad yoxdur. Bu fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib ölü kimi tabuta qoyularaq dəfn edilib.Ən uğurlu nəticə odur ki, Avropa İttifaqının dəstəyi ilə Azərbaycan Respublikası ilə və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.

Avropa İttifaqı dünyada nüfuzlu beynəlxalq təşkilat olaraq öz rəsmi mövqeyini artıq ortaya qoymuşdur.Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Avropa İttifaqının məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır,Sülhün əldə edilməsidir.

Son illər ərzində Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun daha da yüksəlməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslar, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, Sülh Müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması  artıq zamanın tələbidir.Yaranmış yeni reallıqlar Ermənistanı Sülhə məcbur edir,Azərbaycan özü Sülhün qarantıdır.Odur ki, Avropa İttifaqı  Prezident

İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük  nüfuz,hörmət və söz sahibi olduğunu göstərir.

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır. Hazırda Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərini ifşa edir və düşmənin bütün iddiaları iflasa uğrayır.

Brüssel görüşlərində infrastruktur layihələr müstəvisində əməkdaşlıq məsələlərində Azərbaycan  nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi məsələlərinə tam tərəf-

dar olduğunu bir daha təsdiq etmişdir. Brüssel görüşlərində Azərbaycanla Ermənistan arasında İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərarı irəliyə doğru atılmış mühüm bir addımdır.Biz Sülh istəyirik!

Uca Allah Azərbaycanımızı və Prezidentimizi qorusun.Amın!!!

 

Abbasov Arif

Saatlı rayonu Qıraqlı kənd tam orta məktəbinin direktoru