Xəbəraz

Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm qürurdur,həm də böyük məsuliyyətdir

Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm qürurdur,həm də böyük məsuliyyətdir

Cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm qürurdur,həm də böyük məsuliyyətdir.

 

Birinci Qarabağ müharibəsində məğlub olan Azərbaycan dövləti dünyada məğlub ölkə kimi tanındı. Azərbaycan xalqına yaraşmayan bu imici aradan qaldırmaq və  beynəlxalq aləmdə qalib Azərbaycan təqdimatı yaratmaq üçün hər sahədə ,xüsusən də ,idman sahəsində qalibiyyətlər tələb olunurdu. İdmançılarımızın üzərinə böyük öhdəliklər düşürdü. Çünki ölkənin tanıtımını etmək üçün idman sahəsində daha çox şans var. İdmançılarımız qalib olarkən ,yüksək kürsüyə çıxır, Azərbaycan bayrağı zirvələrə qalxır, Himnimiz səsləndirilir . Bu ölkənin tanıtımı üçün əsas nüanslardan biridir. Bu tarixi anı yaşayarkən hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir.İdman sahəsində əldə olunan hər bir uğur bizi sevindirir.Vətənpərlik hissi əsasən idman və hərb sahəsində özünü göstərir. 44 günlük müharibədə əldə etdiyimiz o möhtəşəm qələbə məhz vətənpərvər Azərbaycan xalqının ,xüsusən də vətənpərvər gənclərimizin sayəsində əldə olundu.Bu möhtəşəm qələbə Azərbaycan haqqında olan düşüncələri tamamilə darmadağın etdi. Azərbaycan oğullarının necə güclü və qorxmaz olduğunun ,o cümlədən xalqımızın necə birlik nümayiş etdirdiyinin bütün dünya şahidi oldu. Bu birlik, bu güc bizi qalib etdi.
Artıq 2 ildir ki, idmançılarımız beynəlxalq arenalarda qalib bir ölkəni təmsil edirlər . Təbii ki ,bu həm qürur ,həm də məsuliyyət hissi yaradır. Qələbəni qazanmaq onu qorumaqdan daha asandır . Azərbaycanın idmançıları bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlirlər. Macarıstanda keçirilən Güləş üzrə Avropa çempionatında iştirak edən idmançılarımız bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla 16 medal qazanıb. Bu, qitə çempionatında qardaş Türkiyədən (yeddi qızıl, üç gümüş və yeddi bürünc medal) sonra ən yaxşı nəticə olub.Prezidentimiz cənab  İlham Əliyev qalib gəlmiş idmançılarımızı qəbul edərkən demişdir: “Bizim idmançılarımız yarışlara eyni duyğu ilə çıxırlar,çünki doğrudan da,cəmi 44 gün ərzində qələbə qazanmış bir xalqı təmsil etmək həm qürurdur ,həm də məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir,gücümüzü göstərir eyni zamanda vətənpərvərlik hisslərini gücləndirir.Məhz vətənpərvərlik vətənə sədaqət fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə apardı”.Bu gün vətənpərvər və güclü Azərbaycan gəncliyi yetişir və gələcək uğurlarımız ,daha möhtəşəm qələbələrimiz bu gənclərin sayəsində reallaşacaqdır!

Çallı kənd tam orta məktəbin ibtidai sinif müəllimi- Vahidli Aydan