Xəbəraz

İdmana göstərilən dövlət qayğısı yeni yeni uğurların əldə olunmasında mühüm rol oynayır

  • 11 Aprel 2022
  • 987 baxış.
İdmana göstərilən dövlət qayğısı yeni yeni uğurların əldə olunmasında mühüm rol oynayır

İdmana göstərilən dövlət qayğısı yeni yeni uğurların əldə olunmasında mühüm rol oynayır

 

Aprelin 8-də Prezident cənab İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul etmişdir. Cənab Prezidentin mütəmadi olaraq idmançıları qəbul etməsi, onları ruhlandırmasıölkəmizdə idmanın inkişafına göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi olmaqla yeni yeni qələbələrin əldə olunmasında mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır.

İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır.  Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Qətiyyətlə demək olar ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Bütün bunların nəticəsi olaraq qeyd etmək olar ki, gələcək dövrlərdə keçiriləcək beynəlxalq səviyyəli yarışlarda idmançılarımız daha yüksək nəticələr əldə edərək yeni-yeni uğurlara imza atacaqlar.

Ələkbər Kərimov-Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı