Xəbəraz

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

  • 11 Aprel 2022
  • 1.993 baxış.
İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı

 

2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşında uzun illər Zəfərin başlanğıcı kimi qalacaq. Həmin gün başlanan haqq savaşımız bizi sonda böyük Zəfərə apardı. 30 ilin həsrətinə son qoyan 44 günlük müharibənin əks-sədası bütün dünyaya səs saldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində müasir hərb tarixinə əsl qəhrəmanlıq dastanı yazdı. Ermənistan 30 il idi ki, Azərbaycana qarşı təhdidlərlə çıxış edirdi. Düşmən ölkə “yeni ərazilər uğrunda yeni müharibə” aparmaq iddiasında idi. Amma işğalçılar bilmirdilər ki, ölkəmiz artıq 90-cı illərdəki Azərbaycan deyil.

Lakin düşmən müharibənin ilk günlərindən hər cür çirkin əməllərə əl atdı – mülki əhalini atəşə tutdu, insan tələfatı ilə nəticələnən terror aktları törətdi, yaşayış yerlərinə bombalar və hətta qadağan olunmuş raketlər atdı. Əslində baş verən bütün bu hadisələr düşmənin olduqca rəzil, gücsüz durumda olduğunu göstərirdi. Azərbaycan isə tam əksi olaraq beynəlxalq hüquq normalarına, müharibə qaydalarına riayət edərək öz torpaqları uğrunda yalnız cəbhədə savaş aparırdı. Həmin dövrlər Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli aralıda yerləşən yaçayış məntəqələrini xüsusəndə ölkəmizin ikinci böyük şəhəri Gəncəni 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə tutdu. Beləliklə, təkcə Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 130-a yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir. Bəli, erməni faşistləri insanlığa sığmayan bu cür əməlləri ilə beynəlxalq norma və prinsipləri kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri törətmişdir.

Nağıyev Abbas –Zərdab rayonu, Dəli Quşçu kənd sakini, ağsaqqal