Xəbəraz

Bu rayonda sabah qaz olmayacaq

Bu rayonda sabah qaz olmayacaq

Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Xəbəraz.org-a“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar sabah – aprelin 14-də saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.