Xəbəraz

Kiyevə əlavə hərbi yardım göstəriləcək – Parli

  • 13 Aprel 2022
  • 2.488 baxış.
Kiyevə əlavə hərbi yardım göstəriləcək – Parli

Fransa Ukrayna hakimiyyətinin yeni tələblərindən sonra Kiyevə əlavə hərbi yardım göstərəcək.

Xəbəraz.org xəbər verir ki, bu barədə Fransa müdafiə naziri Florens Parli bildirib.

“Ukraynalı həmkarım Aleksey Reznikovla fikir mübadiləsi apardım. Ukraynalıların yeni müraciətlərindən sonra həmkarıma bildirdim ki, Fransa 100 milyon avrodan əlavə hərbi yardım da edəcək”, – Parli söyləyib.