Xəbəraz

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi

30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan xalqı güc vasitəsilə həll etdi.

Azərbaycan xalqı 30 illik yurd həsrətinə 44 günlük müharibə nəticəsində son qoydu. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan işğalçıları bütun beynəlxalq təşkilatların bəyənnamələrinə məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirdi. İllər öncə bir çox beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsindən başqa BMT baş Assambleyasnın, Qoşulmama hərəkatının, İslam Əməkdaşlıq təşkilatının qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb və daim Azərbaycanın ədalətli mövqeyini dəstəkləsə də 30 ildən artıq bir dövrdə bu sənədlər, qərar və qətnamələr kağız üzərində qaldı. Azərbaycan dövləti öz iradəsi və gücü hesabına kağız üzərində qalan qətnamələrin icrasına nail oldu. 27 sentyabr 2020–ci ildə başlanmış və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı qalib gəldi, zəfər çaldı, tarixi qələbəsini qazandı. Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Bu beynəlxalq hüquqda ədalətin bərpası, haqqın qalib gəlməsi idi.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin direktoru Əliyeva Kəmalə