Xəbəraz

Gələn ay Şuşada Xarıbülbül festivalı yenidən keçiriləcək

Gələn ay Şuşada Xarıbülbül festivalı yenidən keçiriləcək

Gələn ay Şuşada Xarıbülbül festivalı yenidən keçiriləcək.

 Şuşa şəhərinin Azərbaycan üçün hansı önəm daşıdığını, necə vacib olduğunu hər birimiz bilirik.Şuşanın inkişafı və qabaqcıl şəhərlərdən olması üçün Prezidentimiz cənab İlham Əliyev bir sıra layihələr həyata keçirməkdədir. Artıq Şuşaya içməli su layihəsi, eyni zamanda mədəniyyət abidələrinin bərpa edilməsi yönündə müxtəlif addımlar atılmışdır. “Biz Şuşanın tarixi simasını bərpa etməliyik” fikri də məhz ölkə başçımız İlham Əliyevə aiddir. Artıq Şuşada yaşayış məhəlləsinin təməli qoyulmuşdur.Şuşa Azərbaycan xalqının milli sərvətidir. Bu yaxınlarda Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bunu bir daha göstərir. Şuşa qədim Azərbaycan şəhəridir. Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar. Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu.
Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivlərini dəvət etmişik.Ölkə başçımız cənab İlham Əliyev bildirib ki, ilkin məlumata əsasən hesab edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənə də bizdə bərpa edilib. Bildiyimiz kimi, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir”.

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz