Xəbəraz

İşğal zamanı tamamilə dağıdılmış su anbarları

İşğal zamanı tamamilə dağıdılmış su anbarları

İşğal zamanı tamamilə dağıdılmış su anbarları.

 

30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ərazilərdəki infrastruktur, yaşayış evləri və digər binaları dağıtmaqla kifayətlənməyib. Bu müddət ərzində erməni vəhşiləri işğal altındakı ərazilərdən Azərbaycanın başqa bölgələrinə bir damla suyun gəlməsinə imkan verməyib. Dünyada insanların suyunu kəsmək ən ağır cinayətlərdən biri, beynəlxalq hüququn pozulması hesab olunur. Lakin işğal dövründə ermənilərin Qarabağdan digər rayonlara gələn suların qarşısını kəsməsi məsələsinin ciddi araşdırılıb. Onlar məqsədyönlü şəkildə suyun Azərbaycanın digər ərazilərinə axmasının qarşısını alıblar. Bu isə beynəlxalq hüququn pozulmasıdır. Azad olunmuş ərazilərmizdə su anbarlarının dağıdılması belə erməni terrorundan kənarda qalmayıb. Köndələnçay üzərində 3 su anbarı, Xaçınçay su anbarı, Suqovuşan su anbarı və digər mənbələr dağıntılara məruz qalmışdır.

İşğaldan azad olub torpaqlarımızda onlarla su anbarı var, onların əhəmiyyəti çox böyükdür. Rəsmi məlumata görə, işğal altındakı ərazilərdə 10-dək su anbarı, 7 su tutarı olub. Ərazilərdəki suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km olub. Ümumilikdə Azərbaycanın 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı. Həmin azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. Mövcud mənbələrlə yanaşı Zəngilan, Qubadlı və Cəbrayıl rayonları ərazilərində əlavə su mənbələrinin yaradılması məqsədilə qiymətləndirmə işləri aparılır. Eyni zamanda Kəlbəcər rayonunun ərazisində də bir sıra çay var ki, o ərazidə də mənbələrdə suyun yığılması üçün bir sıra tədbirlər işlənilib hazırlanıb. Bunlardan Həkəri çayının üzərində içməli suyun toplanması üçün, Bəşəri çayının üzərində isə suvarmada istifadəsi nəzərdə tutulan su anbarlarının tikilməsi nəzərdə tutulur.

 

Əhliman Kərimov- Zərdab rayonu SSİ rəisi