Xəbəraz

Şəhid ailələri, müharibə iştirakçıları üçün inşa edilmiş  mənzillərin, evlərin sayı artır

Şəhid ailələri, müharibə iştirakçıları üçün inşa edilmiş  mənzillərin, evlərin sayı artır

Şəhid ailələri, müharibə iştirakçıları üçün inşa edilmiş mənzillərin, evlərin sayı artır.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu gün Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial qayğılarının həll edilməsi üçün zəruri tədbirlər görülür.
Ölkə başçımız cənab  İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla ölkəmizdə vətəndaş rifahının təminatına xidmət edən ardıcıl və geniş miqyaslı sosial islahatlar 2022-ci ilin əvvəlindən də davam edib. Yeni sosial islahat paketi olaraq 2022-ci ilin əvvəlindən əmək haqqı, pensiya və s. sosial ödənişlər növbəti dəfə artırılıb. 3,4 milyon şəxsi əhatə edən bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manatdır. Mühüm sosial dəstək tədbirlərindən biri kimi, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramının da dövlət başçısının Sərəncamı ilə 5 dəfə genişlənib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Prezidentimiz cənab  İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır.

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin direktoru- Əliyeva Kəmalə