Xəbəraz

Şuşa  şəhərinin içməli su layihəsi prioritetdir

Şuşa  şəhərinin içməli su layihəsi prioritetdir

Şuşa  şəhərinin içməli su layihəsi prioritetdir.

Tarix boyu insanların suya tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb.Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra həyati əhəmiyyət daşıyan su təchizatının bərpasına başlanıldı. Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra  şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlanıldı. Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə bərpa edildi və noyabrın 25-də Şuşaya suyun verilişi bərpa edildi. Qarşıda işğaldan azad olunmuş ərazilərimizdə su təchizatı sistemlərinin bərpası kimi müqəddəs missiya dayanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması  məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanıldı. Bu tədbirlər mövcud su təchizatı sistemlərinin stabil fəaliyyətinin təmin edilməsi və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin icrası çərçivəsində həyata keçirilməsi  nəzərdə tutulurdu.

Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.

Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək.                                                                                                                             Şuşada  bərpa işləri gedir, tarixi abidələr bərpa edilir, şəhər dirçəldilir, inkişaf edir. İnanırıq ki, cənab Ali Baş Komandanın  rəhbərliyi ilə, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacaqdır.

 

Zərdab rayon Əlibəyli kənd tam orta məktəbin müəllimi -Aliyə Rüstəmova