“Azov” təslim olmaqdan imtina etdi: döyüşlər başladı

Mariupolda mühasirəyə alınan “Azov” alayının döyüşçüləri təslim olmaq təklifindən imtina ediblər.
Xəbəraz.org xəbər verir ki, bu barədə RİA-nın əməkdaşı məlumat yayıb.
Bildirilib ki, Rusiya MN bu gün səhər ukraynalı əsgərlərə təslim olmaq çağırışı edib. Qarşı tərəfin imtinasından sonra döyüşlər davam edib.
Hazırda Rusiya hərbi birliklərinin və Donetsk silahlı separatçı qüvvələrinin Mariupoldakı İliç və “Azovstal” zavodlarına hücumları başlayıb. Ukraynalı döyüşçülər bütün məhrumiyyətlərə baxmayaraq, müqavimət göstərirlər.
“Azovstal”a daxil olmuşuq, İliç metallurgiya zavodunu isə təxminən ələ keçirmişik. Onlar bizim təşəbbüsü geri çevirdilər və cavablarını alırlar”, – Donetsk separatçılarının “Xoxol” adlı birliyinin komandiri deyib.
Qeyd edək ki, Mariupol 7 martdan mühasirədədir. Rusiya ordusu hələ də şəhərə nəzarəti tam ələ keçirə bilməyib.