Xəbəraz

Moldova Ukraynaya rədd cavabı verdi

  • 17 Aprel 2022
  • 1.818 baxış.
Moldova Ukraynaya rədd cavabı verdi

Rusiya ilə müharibənin ilk günlərində Ukrayna rəhbərliyi Moldovanın döyüş təyyarələrinin Ukraynaya satılması və ya təhvil verilməsi xahişi ilə Moldova hökumətinə müraciət edib.

Xəbəraz.org xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Nəşrin mənbələri iddia edir ki, Kiyev sorğuya cavab olaraq Moldova hökumətinin rəhbərliyindən “Biz Rusiyanı qıcıqlandırmaq istəmirik” izahı ilə qəti şəkildə rədd cavabı alıb.

Qeyd olunur ki, Moldovada Müdafiə Nazirliyinin balansında ölkənin şimalındakı Markulesti kəndindəki aviabazada 6 ədəd MiQ-29 qırıcısı var. Rəsmi məlumatlara görə, onların hamısı işlək vəziyyətdədir, lakin uzun müddətdir ki, təyyarələr havaya qalxmır. Kişinyov onları uzun müddət satmağa çalışıb, lakin hərrac uğursuz olub.