Xəbəraz

“Cəbrayıl” və fanatlarının Mingəçevir şousu

  • 18 Aprel 2022
  • 674 baxış.
“Cəbrayıl” və fanatlarının Mingəçevir şousu

Futbol üzrə Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

Xəbəraz.org  xəbər verir ki, maraqlı görüşlərdən birində “Energetik” – “Cəbrayıl”ı qəbul edib.

Mingəçevir şəhər stadionunda 4000-dən çox azarkeşin izlədiyi oyunda meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Cəbrayıl”ın 2-1 hesablı qələbəsi ilə nəticələnib.

“Energetik” – “Cəbrayıl” görüşü meydandakı gərgin mübarizə ilə yanaşı, tribunalardakı maraqlı anlarla da yadda qalıb. Qonaq komandanın azarkeş qrupunun fəallığı isə mənzərəyə xüsusi rəng qatıb.