Xəbəraz

Azərbaycan dilinin inkişafında Ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyətləri əvəzsizdir

Azərbaycan dilinin inkişafında Ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyətləri əvəzsizdir

Azərbaycan dilinin inkişafında Ümummilli lider Heydər Əliyevin tarixi fəaliyyətləri əvəzsizdir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ana dilimizin də inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyev ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gələrək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Dahi şəxsiyyətin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR Konstitusiyasında öz əksini tapması Ümummilli lider Heydər Əliyevin dilimizin inkişafında verdiyi dəyərin bariz nümunəsidir. Xalqımızın təkidli tələbi və xahişi ilə 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev digər sahələrdə olduğu kimi, milli mənəvi dəyərlərimizin qorunması, adət-ənələrimizin, milliliyimizin inkişafı məsələsini diqqətdə saxlamışdır. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən dahi rəhbər ana dilimizin – Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalaması, Azərbaycan dilinin inkişafına öz töhfəsini vermişdir. Bu gün müstəqil Azərbaycanda bütün digər sahələrdə olduğu kimi, ana dilimizin saflığının qorunması, daha da inkişaf etdirilməsi istiqamətində də Ulu Öndərin siyasi kursu hərtərəfli şəkildə və yüksək səviyyədə davam etdirilir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. Cənab Prezident tərəfindən Azərbaycan dilinin inkişafı istiqamətində imzalanmış fərman və sərəncamlar doğma dilimizin daha da inkişaf etməsinə, tətbiq dairəsinin genişlənməsinə zəmin yaratmışdır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi- Ələkbər Kərimov