Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı

Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı.
Hər bir xalqın varlığının ən başlıca göstəricisi,ən böyük milli sərvəti onun ana dilidir.Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyaların tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını saxlamışdır. Dilimizim qorunub saxlanılmasında Ulu öndərimizin əvəzsiz xidmətləri olmuşdur. Hələ keçən əsrin 60-cı illərinin sonundan onun dilimizə olan yüksək qayğısını gördük. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin yaranmasının 50 illiyi münasibətilə keçilmiş partiya konfransında doğma ana dilində məruzə etməsi insanların böyük heyrətinə səbəb olmuşdu.H.Əliyev bilirdi ki ,dil tarixdə mədəniyyət və millətsiz mövcud ola bilməz və hər hansı bir milləti yer üzündən izsiz olaraq silmək üçün onun dilini, mədəniyyətini və tarixini əlindən almaq kifayətdir. 1995-ci il noyabrın 12 də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Konstitusiya komissiyasının noyabrın sonlarında keçirilən iclasında H.Əliyev bu məsələyə öz münasibətini bildirərək deyirdi: “Biz ən doğru ,düzgün və ən əsaslı bir qərar qəbul etdik ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Bu Azərbaycan xalqı üçün onun dilinin inkişafı üçün çox önəmli qərardır və hesab edirəm ki həm keçmişimizə böyük hörmət ,həm gələcək nəsillər üçün böyük bir sərvətidir”
Qaravəlli kənd tam orta məktəbin müəllimi- A.Xəyalə