Xəbəraz

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏSİ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏSİ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏSİ.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün böyük addımlar atmışdır. Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli siyasi xadimdir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyində hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsi də üzvi surətdə Heydər Əliyevin adı və mübarizəsi ilə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi böyük tarixi adı qazanmışdır.Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyətidir, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyətdir.Heydər Əliyev Azərbay­canın dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir. Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə dostlar və tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifələrdir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, ədəbiyyat siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur.Ulu öndər Heydər Əliyevin bitkin elmi-nəzəri əsaslara, praktik tətbiqə əsaslanan Azərbaycan dili siyasəti böyük uğurlar qazanıb desək, yanılmarıq. Vaxtı ilə öz doğma dilində danışa bilməyən, yaxud danışmaq istəməyən bir sıra yüksəkvəzifəli dövlət məmurları Heydər Əliyevin ciddi tələbkarlığı nəticəsində indi Azərbaycan dilində sərbəst danışırlar. Ümumiyyətlə, dövlət dilimizə kompaniyaçılıqdan uzaq olan daimi diqqət və qayğı cəmiyyətimizin milli dil mühitinin – dövlət dili mühitinin əsaslı şəkildə genişlənməsinə, əsl ümumdövlət xarakteri almasına gətirib çıxarmışdır. Dilimizin ən qədim tarixinə obyektiv elmi-tarixi qiymət verən, Azərbaycan dilinin türk köklü müstəqil dil olmasını bir daha təsdiqləyən, onun əsas təkamül mərhələlərini, inkişaf yollarını dahiyanə bir müdrikliklə, elmi-nəzəri əsaslarla izləyərək son söz deyən, rəsmi dövlət münasibəti bildirən bu fundamental tarixi sənəd Ulu öndər Heydər Əliyevin dil siyasətinin uğurlar miqyasını daha da genişləndirdi.Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazanmışdır. O çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət, eyni zamanda, onun istifadə etdiyi, danışdığı dilə – Azərbaycan dilinə çox böyük hörmət və məhəbbət yaradır.

Zərdab rayon heydər Əliyev Mərkəzinin muzey bələdçisi-   Xanım İmanova