Xəbəraz

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq haqqında Müqavilənin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidentinin Azərbaycana bu günlərdə baş tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə reallaşan görüşdə ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuz bir daha isbat olundu. Eyni soykökə, mədəniyyətə və ənənələrə malik Qırğızıstanla Azərbaycan arasında qardaşlıq, əməkdaşlıq münasibətləri tarixin bütün zamanlarında qarşılıqlı hörmət və ehtiram üzərində qurulub. Ulu öndər Heydər Əliyevin Prezident kimi qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib.Prezidentimiz İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi. Qırgız Respublikasının dövlət başçısının respublikamıza səfərini yüksək qiymətləndirən ölkə rəhbərimiz cənab İlham Əliyev dost, qardaş dövlətlə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Ölkə başçımız iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığı keyfiyyətcə daha yeni səviyyəyə çatdıracağını da vurğuladı.Gələn il Qırgız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı.Yeri gəlmişkən, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarıb. Buna görə də Qırgız Respublikasının dövlət başçısı Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib. Göründüyü kimi, Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Ölkələrimiz belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər.

Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini-Maisə Xəlilova