Xəbəraz

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir

Nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir.

Artıq Azərbaycanla starateji tərəfdaş ölkələrdən biri də Qırğızıstandır. Lakin bununla yanaşı bəzi sahələr vardır ki, burada hər iki ölkə öz səylərini birləşdirməlidir. Buna misal olaraq nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməli olduğunu göstərmək olar. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır. Həmçinin Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu istiqamətdə də səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox böyük ehtiyac var. Azərbaycan və Qırğızıstan arasında perspektiv əməkdaşlıq istiqamətlərindən biri də kənd təsərrüfatı sahəsidir. İki ölkə arasında imzalanmış sənədlərə uyğun olaraq prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin yaxın vaxtlarda Qırğızıstana səfəri planlaşıdırılır.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun səfəri zamanı imzalanmış sənədlərə əsasən ölkələrimiz arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək və hər iki ölkənin iqtisadi imkanlarının güclənməsinə əlavə töhfə olacaqdır.

 

 

Nağıyev Abbas –Dəli Quşçu kənd sakini, ağsaqqal