Xəbəraz

Rusiya vətəndaşı olduğu üzə çıxan Elşad Abdullayev Fransadan QOVULUR – Oğlu FTX-nın əməkdaşı imiş… (SENSASİON GƏLİŞMƏ, ŞOK SƏNƏDLƏR)

Rusiya vətəndaşı olduğu üzə çıxan Elşad Abdullayev Fransadan QOVULUR – Oğlu FTX-nın əməkdaşı imiş… (SENSASİON GƏLİŞMƏ, ŞOK SƏNƏDLƏR)

Azərbaycan Təhsil Nazirliyinin mülkiyyəti olan Beynəlxalq Universitetin Moskva filialının binasını erməni iş adamına satmağa cəhd edən, Azərbaycanda minlərlə insanı aldadan keçmiş rektor Elşad Abdullayev dələduzluq fəaliyyətini Fransada da davam etdirir.

Avropa.info-nun əldə etdiyi məlumata görə, məhz bu qanunsuz fəaliyyəti və sənədlərində etdiyi saxtakarlıq səbəbindən Elşad Abdullayev Fransadan qovula bilər.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev 2011-ci ildə ailəlikcə Rusiya vətəndaşlığını qəbul edib. Fransaya qaçan Elşad Abdullayev və ailəsi Fransa Miqrasiya Təşkilatına Azərbaycan pasportlarını təqdim ediblər. Özlərinə məxsus Rusiya Federasiyasının pasportlarını isə Fransa hakimiyyət orqanlarından gizlədiblər.

Elşad Abdullayevin Rusiya vətəndaşı olmasını sübut edən pasport məlumatlarını sizə təqdim edirik. 

Паспорт гражданина Российской Федерации, Абдуллаев Эльшад Ислам оглы,25.09.54 года рождения, серия 4611, номер 175161, выдан ТП в пос.Немчиновке ОУФМС России по Московской области в Одинцовском районе 14.01.2011 г. Зарегистрирован в Московской области Одинцовского района, деревня Марфино, дом 26 В. Загранпаспорт гражданина Российской Федерации, выдан там же, серия 64, номер 3967781.

Verilən daha bir məlumata görə Elşad Abdullayevin Fransada daimi yaşayış icazəsi yoxdur. O, siyasi sığınacaq almaq üçün 2 dəfə Fransa hökumətinə müraciət edib. Rəsmi Fransa hakimiyyət orqanları ona daimi yaşayış icazə verilməsiylə bağlı rədd cavabı verib. Hazırda dələduz professor illərdir ona verilən 3 aylıq müvəqqəti yaşayış izniylə yaşamağa məcburdur.

Eyni zamanda həyat yoldaşının onun Fransadakı çirkin əməlləri səbəbilə atıb getdiyi də bildirilir.

Əldə etdiyimiz məlumata görə, Elşad Abdullayevin həyat yoldaşı Abdullayeva Reyhan Hüseyn qızı Rusiya Federasiyasının vətəndaşıdır və o, Moskva klinikalarının birində həkim işləyir.

Bundan əlavə verilən məlumata əsasən,  sosial şəbəkələr üzərindən insanları “agent”likdə ittiham edən dələduz Elşad Abdullayevin Rusiya FTX ilə sıx əməkdaşlıq etdiyi də bildirilir. Onun oğlu Elşən Abdullayev Rusiya FTX-da çalışdığı bildirilir. Oğlu Elşən Abdullayevin Rusiyada milyonlarla pul vəsaitinə, villalara və müxtəlif marka bahalı maşınlara malik olduğu qeyd olunur.

 Elşad Abdullayevin Rusiya FTX-da işləyən oğlu Elşən Abdullayev

Elşad Abdullayevin cinayət əməllərini ört-basdır edən və Rusiyadakı qanunsuz biznesinin cicəklənməsinə yardım edən bacısı oğlu Araz Mursaliyev isə RF Dumasında işlədiyi deyilir.

Elşad Abdullayevin bacısı oğlu Araz Mursaliyev

Elşad Abdullayevin daha bir qohumu Rusiya xüsusi xidmət orqanlarının xarici münasibətlərini tənzimləyən media qurumunun rəhbəri Azər Mursaliyevdir.
Dələduz “professor”Avropadan gərəkli şəxslər haqqında kəşfiyyat məlumatlarını bu adama ötürür. Elşad Abullayevin Rusiyada yerləşdirmiş oldugu milyonları da bu adam idarə edir.

Azər Mursaliyev

Bir vaxtlar ABU-da vətəndaşların təhsil üçün ayırdığı pulları mənimsəyən əbləh professor Moskvada özünə 1 milyon dollara şirkət qurmaga nail olub.Şirkətin maliyyə vergi sənədlərini sizə təqdim edirik:

(Компания “НОУ ВПО “МУ С.Н.Г.”, дата регистрации – 15 марта 2010 года, регистратор — Управление Федеральной Налоговой Службы по МОСКОВСКОЙ области. Полное официальное наименование — НЕГОСУДАРСТВЕННОЕ ОБРАЗОВАТЕЛЬНОЕ УЧРЕЖДЕНИЕ ВЫСШЕГО ПРОФЕССИОНАЛЬНОГО ОБРАЗОВАНИЯ “МЕЖДУНАРОДНЫЙ УНИВЕРСИТЕТ С.Н.Г.”. Юридический адрес: 143025, МОСКОВСКАЯ область, ОДИНЦОВСКИЙ район, д. МАРФИНО, д. 26В. Телефоны/факсы: +7 (495597) 60-01. Основным видом деятельности является: “Высшее профессиональное образование”. Ректор — Абдуллаев Эльшад Ислам Оглы. Организационно-правовая форма — частные учреждения. Тип собственности — частная собственность.

Источник Дата Учредители

Статрегистр октябрь 2012

ГРАЖДАНИН РОССИИ

ЕГРЮЛ февраль 2012

Абдуллаев Эльшад Ислам оглы http://unfall.ru/view/nou_vpo_mu_s_n/652843)

Minlərlə ailəyə qarşı dələduzluq etdikdən sonra Fransaya qaçan  Elşad Abdullayev etdiyi cinayətlərdən cəzasız qaldığından arxayınlaşır. Dələduz “professor” ölkədən kənarda olan bir sıra bloqerləri maliyyələşdirərək ölkə rəhbərliyinə, tanınmış şəxslərə qarşı təhqiredici, şər – böhtan xarakterli cızma-qaralar yerləşdir. Bu təhqirlərə əsasən Fransa Prokurorluğuna və Miqrasiya idarəsinə dələduz Elşad Abdullayevlə bağlı şikayət edildiyi haqda məlumatlar var. Elşad Abdullayev bu dəfə tutduğu qanunsuz cinayət əməllərinə görə mütləq cəzasına çatdırılacaq.

Bildiyimiz kimi  İnterpol – Beynəlxalq Cinayət Polisi İdarəsinin daimi iqamətgahı Fransanın Lyon şəhərində yerləşir. Və müvəqqəti yaşamaq icazəsi olan sabiq rektor İnterpol axtarışında olsa da, Fransada heç bir məsuliyyətə cəlb oluna bilmədi. Verilən məktublara əsasən onun axtarışı sonradan MDB ölkələrinə verilib. Fransada mühacirətdə olan birini MDB ölkələrində axtarmaq nə dərəcədə doğrudu və necə nəticə verəcək hadisələrin gedişatında bəlli olacaq.