Xəbəraz

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb

Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb.

Azərbaycan bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, yaradılmış infrastuktur, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın uzaq ölkələri ilə milli marağımıza cavab verən əlaqələr yaradaq. Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması da bununla bağlıdır.

Qırğızıstanın Prezidentin Azərbaycana rəsmi səfəri çox önəmlidir. Azərbaycan dost və qardaş ölkə ilə on sənəd imzlanıb. Sənədlər arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Belə ki, beynəlxalq münasibətlərdə tərəflər arsında nəzərdə tutulan strateji əməkdaşlıq gələcəyə yönəlmiş, qlobal və regional anlamda bütün situasiyalarda tərəflər arasında sıx əməkdaşlığı, qlobal və regional proseslərə və problemlərə ümumi baxış və tərəflərin mövcud olduğu və həmçinin maraq və nüfuz dairəsinə düşən bölgələrdə sülh, sabitlik və rifahı inkişaf etdirmək üçün ortaq bir hədəfə istiqamətlənən əməkdaşlıqdır. Qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi sayılan bu əməkdaşlıq çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqdan çıxış edərək həmişə biri-birini dəstəkləyir. Ölkələrimiz Qoşulmama Hərəkatı,BMT,ATƏT,İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı,ECO çərçivəsində iqtisadi və siyasi əlaqələr yaradır və bundan bəhrələnirlər. Azərbaycan Qırğızıstanla nəqliyyat və kənd təsərrüfatı sektorunda əlaqələrini genişləndirməyini düşünür.

Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun