Xəbəraz

Azərbaycan-Qırğızıstan münasibətləri uğurla davam etdirilir

Azərbaycan-Qırğızıstan münasibətləri uğurla davam etdirilir

Azərbaycan-Qırğızıstan münasibətləri uğurla davam etdirilir

 

Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir.Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir  göstərən mühüm amillərdən biridir. Son illər ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən və türkdilli ölkələr arasındakı siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına yönəldilmiş layihələr, ölkə başçıları arasında keçirilən görüşlər bu əlaqələrin daha da davamlı olmasına zəmin yaradır. Prezidentimiz cənab İlham Əliyevin dəvəti ilə aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri, cənab Prezidentlə təkbətək görüşü, iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoymuş oldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. İki ölkə arasında strateji tərəfdaşlıq, imzalanmış mühüm sənədlər növbəti dövrlərdə qarşılıqlı əməkdaşlığa mühüm töhfələr verməklə, yüksək nailiyyətlərin əldə olunmasına gətirib çıxaracaq.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov