Deputat Jalə Əliyeva Ramazan bayramı münasibətilə şəhid və qazi ailələrini ziyarət edib-FOTO

Millət vəkili Jalə Əliyeva Qanunla.Az-a bildirib ki,müqəddəs Ramazan bayramı münasibətilə Ucar rayonunun deputatı olduğum Lək və Bərgüşad kəndlərində Ucar rayon İcra Hakimiyətinin başçısı Mənsur Məmmədovla birlikdə qəhrəman şəhidlərimizdən Cəbrayılov Xəyal Rafiq oğlunun, Süleymanov Səbuhi Ələkbər oğlunun, Mehtili Niftalı Knyaz oğlunun, Qəfərli Samir Möhlət oğlunun, Məmmədli Şaxı Elman oğlunun ailələrini qarşıdan gələn Ramazan bayramı münasibətilə ziyarət etdik, problemləri ilə maraqlandıq, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr dilədik.
Eyni zamanda şəhid Süleymanov Səbuhi Ələkbər oğlunun ölkə prezidentinin sərəncamıyla təltif edildiyi “Şuşanın azad edilməsinə görə” və “Döyüşdə fərqlənməyə görə” medallarını ailəsinə təqdim etdik.