Xəbəraz

“Barselona”nın müdafiəçisi 6 həftə oynaya bilməyəcək

  • 01 May 2022
  • 920 baxış.
“Barselona”nın müdafiəçisi 6 həftə oynaya bilməyəcək

“Barselona”nın müdafiəçisi Serxi Roberto yenidən zədələnib.

Xəbəraz.org xəbər verir ki, zədəsi yenicə sağalan 30 yaşlı müdafiəçi məşqdə sıradan çıxıb. Onun təxminən 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə təcrübəli futbolçu üçün mövsümün erkən sona çatması deməkdi.

Roberto bu mövsüm meydana çıxdığı 12 oyunda komandaya 2 qol və 1 məhsuldar ötürmə ilə faydalı olub.