NATO-ya üzvlükdən imtina etməmişik – Kiyev

Kiyev NATO-ya üzvlük niyyətindən imtina etməyib.
Xəbəraz.org xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Olqa Stefanşina deyib.
“Kiyev Şimali Atlantika Alyansına qoşulmaq niyyətini təxirə salmayıb və bundan imtina etməyib. NATO-nun Ukrayna ilə bağlı mövqeyindəki qərarsızlıq indiki hadisələrin yaşanmasına gətirib çıxardı. Vladimir Zelenskinin tənqid etməyə tam haqqı var”, – Stefanşina bildirib.