Xəbəraz

Rusiya mayın 9-da səfərbərlik elan edəcək – Budanov

  • 03 May 2022
  • 1.680 baxış.
Rusiya mayın 9-da səfərbərlik elan edəcək – Budanov

Rusiyada səfərbərliyə hazırlıq əlamətləri var.

Xəbəraz.org xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib.

Budanov “Rusiya mayın 9-da səfərbərlik elan etməyi planlaşdırırmı” sualına belə cavab verib:

“Bəli, hazırlaşırlar. İndi Rusiya ehtiyat qüvvələri əslində heyətdə nə olduğunu yoxlamağa və səfərbərlik əmrləri üçün nə edə biləcəklərini hesablamağa başlayıb. Bu, real səfərbərliyə başlamazdan əvvəl mütləq zəruri addımdır”.

Budanov təsdiqləyib ki, Rusiya mayın 9-dan əvvəl Ukraynanın şərqində qalib gəlmək istəyir:

“Məqsədləri budur, amma olmayacaq, vaxtları yoxdur. Heç bir şəkildə uğur qazana bilmirlər”.