Xəbəraz

Erməni vandalizminin təzahürləri

Erməni vandalizminin təzahürləri

Erməni vandalizminin təzahürləri

Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Ancaq, təəssüflər olsun ki, bizim qoruduğumuz abidələrimiz neçə il vandalizmə məruz qalıb. Hazırda olan kütləvi dağıntılar İkinci Qarabağ müharibəsinin deyil, ümumi olaraq 30 ilin nəticəsidir. Şəhərlərimizin, kəndlərimizin əksər hissəsi dağıdılıb yerlə- yeksan edilib.Azərbaycan Respublikası müstəqil dövlət olaraq bir sıra beynəlxalq müqavilələrə, o cümlədən adları çəkilən konvensiyalara qoşulmuş, öz milli qanunvericiliyini məhz beynəlxalq hüquq normalarına uyğun olaraq formalaşdırmışdır. 10 aprel 1998-ci il tarixdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. Bu qanun tarix və mədəniyyət abidələrinin mühafizəsi, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.Ermənilər Kəlbəcərdə, Laçında, Zəngilanda, Şuşada qeyri-qanuni şəkildə məskunlaşmışdılar. Bu beynəlxalq konversiyaların pozulmasıdır.

Zərdab rayonu, Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz Şahin