Xəbəraz

ERMƏNİ VANDALİZMİNİN TƏZAHÜRLƏRİ

ERMƏNİ VANDALİZMİNİN TƏZAHÜRLƏRİ

ERMƏNİ VANDALİZMİNİN TƏZAHÜRLƏRİ

Azərbaycan milli – mədəni dəyərlərə yüksək önəm verən bir ölkədir. Öz qədim tarixi abidələrini qorumaqla yanaşı bizimlə bərəbər ölkəmizdə yaşamış və hal-hazırda yaşamaqda olan xalqların da mənsub olduğu dəyərlərə sahib çıxmış, qorumuşdur. Əfsuslar olsun ki,ötən əsrin 90-ci illərində baş vermiş müharibələr nəticəsində ərazilərimizin bir qismi işğal olunmuş , sahib olduğumuz milli – mədəni dəyərlərimiz erməni vandalizminin qurbanına çevrilmişdir. Şəhərlərdə,kəndlərdə hər şey alt-üst edilmiş, dağıdılmışdı.Ərazi iddialarından əl çəkməyən erməni millətçiləri həyasızcasına bura bizim əbədi , əzəli torpaqlarımızdır deyirdilər. Çox maraqlıdır , əgər bura sizin qədim torpaqlarınızdırsa niyə bugün xarabalığa dönüşüb ?! İnsan öz yaşadığı torpağı da bombardman edərmi ?! Bu suala özləri də hələ cavab tapa bilməyiblər. Çünki o torpaqlarda onların “mədəniyyətinə” xas olan bir kəlimə belə tapılmayıb. Oradakı toponimlərin də hamısı əsl türk adlarına uyğun ifadələrdir.

Bir sözlə , onlar hələ düşünməkdə olsun. Artıq nə düşünməkləri bizim üçün önəm daşımır. 30 il ərzində xarabalığa döndərdikləri ərazilər bugün xalqımızın milli iradəsi və vətən sevgisi sayəsində azad edilmiş , hazırda orada abadlıq və quruculuq işləri aparılmaqdadır. İşğal müddətində Qafqazın Xirosimasına çevrilmiş ərazilərimiz tez bir zamanda gülüstana çevriləcək ! Yaşasın Azərbaycan ! Yaşasın Qarabağ !

 

Zərdab rayonu, Şahhüseynli kənd tam orta məktəbin müəllimi -Bəkirov Rövşən