Xəbəraz

Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır

Rusiya aviaşirkəti Bakıya uçuşlara başlayır

Mayın 20-dən Rusiyanın “İrAero” aviaşirkəti Novosibirsk-Bakı-Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşları yerinə yetirməyə başlayacaq.

Bu barədə aviaşirkətin mətbuat xidməti xəbər verib.

Bildirilir ki, uçuşlar cümə günləri “Superjet-100” təyyarələri ilə həyata keçiriləcək.

Məlumata görə, Novosibirskdən uçuş yerli vaxtla saat 13:00-da başlayacaq, 4 saat 20 dəqiqədən sonra isə – saat 14:20-də Bakıya çatacaq. Geri dönüş reysi də elə həmin gün üçün nəzərdə tutulub. Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:20-də çıxacaq və 4 saatdan sonra – saat 22:20-də Tolmaçevoya (Novosibirsk hava limanı) eniş edəcək.

O da qeyd olunur ki, bir istiqamətə biletin qiyməti 27 685 rubldan (təxminən 690 manat) başlayır.

Xatırladaq ki, Rusiya Sərhəd xidmətinin rəsmi statistikasına əsasən ötən illə müqayisədə Azərbaycana gələn rusiyalıların sayı təxminən üç dəfə artıb.