Xəbəraz

ZƏNGİLAN RAYONUNDA TARİXİ-DİNİ  ABİDƏLƏRİN  BƏRPASI  İŞLƏRİ ARTIQ BAŞA ÇATIB

ZƏNGİLAN RAYONUNDA TARİXİ-DİNİ  ABİDƏLƏRİN  BƏRPASI  İŞLƏRİ ARTIQ BAŞA ÇATIB

ZƏNGİLAN RAYONUNDA TARİXİ-DİNİ  ABİDƏLƏRİN  BƏRPASI  İŞLƏRİ ARTIQ BAŞA ÇATIB

 

1993-cü ilin 30 oktyabrında Zəngilan rayonu Ermənistan ordusu tərəfindən işğal ediləndə rayon 1 şəhər, 5 qəsəbə, 79 kənddən ibarət idi.2020-ci ilin oktyabrında qəhrəman Azərbaycan Ordusu Zəngilanı düşməndən azad edərkən bu rayonun quruca adı qalmışdı, vandall ermənilər yerlə bir etmişdilər Zəngilanı da, işğaldakı digər çoxsaylı yaşayış məntəqələrimiz kimi…Azğın düşmən 27 il ərzində “özünün” hesab etdiyi Qarabağın daşını daş üstə qoymamışdı.

Zəngilan rayonu ərazisində bir sıra tarixi-dini abidələr mövcud olub. 2021-ci il aprelin 26-da Prezidentimiz tərəfindən Zəngilan şəhərində yerləşən məscidin yenidən bərpası işlərinin əsası qoyulub. Dövlətimizin başçısı cənab İlham Əliyev, birinci xanım Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva üzərində “Zəngilan məscidinin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 26 aprel 2021-ci il tarixində qoyulmuşdur” sözləri yazılmış xatirə daşını məscidin divarına hörüblər. Ərazidə yeni məscidin tikintisi, köhnə binanın isə konservasiya olunandan sonra həmin məscid-kompleksin içində qalması nəzərdə tutulub. Bütün qeyd olunan işlər gələcəkdə bu regionun turizm baxımdan cəlbediciliyinin artırılmasında mühüm rol oynayacaq.

Budur, zəfərimizdən keçən 18 ay ərzində artıq Qarabağ yenidən canlanır, evlər tikilir, qəsəbələr, şəhərlər salınır…İlklər sırasında Zəngilanın Ağalı kəndində “Ağıllı kənd” qurulur və bu il böyük qayıdışa start veriləcək, yaşayış məntəqəsi ilk sakinlərini qəbul edəcək!

Demək olar ki, bu rayon tamamilə yerlə yeksan edilib və cəmi bir-iki salamat bina qalıb ki, o binaları da erməni hərbçiləri istifadə edirmişlər. Həmçinin Zəngilanda mövcud olan acı mənzərə azad edilmiş bütün başqa torpaqlarda da mövcuddur. Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri başlanıb və hazırda Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi əsaslı şəkildə təmir olunur. Erməni vandalları bu məscidi tamamilə dağıtmışdılar və məscidin cəmi bir divarı qalmışdı.

Mayın 4-də daha bir mühüm addım atıldı: Prezidentimiz cənab İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi! Azərbaycan qurur, yaradır. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur.  Allahın evini dağıdan erməni işğalçılarına nəinki yetərincə təpki olmadı, əksinə, Azərbaycana əks-hücum əməliyyatını dayandırmaqdan ötrü olmazın təzyiqlər göstərdilər, bu cəhdlər iflasa uğrayanda müxtəlif ölkələr Ermənistana silah-sursat göndərməyə başladı, qonşusunun ərazilərini 30 il işğalda saxlayan təcavüzkarı xilas cəhdləri bu gün də səngiməyib, ən müxtəlif formada dəstək nümayişi mövcuddur. Məscidləri dağıdan ermənilərin “maddi-mədəni irsi”nin hayındadır Avropanın parlament adına həqarət etmiş orqanı, müxtəlif mərkəzlər. UNESCO gəlib araşdırdımı işğal dövründə Azərbaycana məxsus tarixi abidələri? Təbii ki, yox. Amma Qafqaz Albaniyasına aid irsə sahiblənməyə çalışan erməni saxtakarlarının saxta göz yaşlarını silmək üçün növbəyə düzülənləri bu gün də görməkdəyik. Ölkə başçımız buna görə də ikili standartları vaxtaşırı xüsusi vurğulayır.

Tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti ilə tanınan Heydər Əliyev Fondu Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində azad edilmiş qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin,  ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.

 

  Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru-KÖNÜL RƏHİMOVA