Xəbəraz

Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb

Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb

Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb

2022-ci ilin mayın 4-də Prezident cənab İlham Əliyev Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi. Sərəncama əsasən, Vahid Hacıyev Prezidentin xüsusi nümayəndəsi təyin edildi. Cənab Prezident xüsusi nümayəndəsini təyin edərkən vacib tövsiyələrini verməklə yanaşı, həm də növbəti dəfə erməni faşizminin iç üzünü açdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan qurur, yaradır. Ölkə başçısının da qeyd etdiyi kimi, Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işləri artıq başlanıb.

Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur.  Allahın evini dağıdan erməni işğalçılarına nəinki yetərincə təpki olmadı, əksinə, Azərbaycana əks-hücum əməliyyatını dayandırmaqdan ötrü olmazın təzyiqlər göstərdilər, bu cəhdlər iflasa uğrayanda müxtəlif ölkələr Ermənistana silah-sursat göndərməyə başladı, qonşusunun ərazilərini 30 il işğalda saxlayan təcavüzkarı xilas cəhdləri bu gün də səngiməyib, ən müxtəlif formada dəstək nümayişi mövcuddur. Qafqaz Albaniyasına aid irsə sahiblənməyə çalışan erməni saxtakarlarının saxta göz yaşlarını silmək üçün növbəyə düzülənləri bu gün də görməkdəyik. Zəfərmizdən sonra Zəngilandakı ilk səfərində də cənab Prezidentimiz belə demişdi: “Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı!” Bu günədək gəlməyiblər, görməyiblər”.

Zeynalov Səlim – Zərdab rayonu, Dəkkoba kənd tam orta məktəbinin direktoru