Xəbəraz

Zəngilan Azərbaycan regionun əsas tranzit ölkəsi olaraq böyük imkanlara sahibdir

Zəngilan Azərbaycan regionun əsas tranzit ölkəsi olaraq böyük imkanlara sahibdir

Zəngilan Azərbaycan regionun əsas tranzit ölkəsi olaraq böyük imkanlara sahibdir

 

Bildiyimiz kimi, azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər planlı şəkildə bərpa edilir. Hər bir kəndin baş planı hazırlanır və bu plan qəbul olunduqdan sonra işlər həmin plan üzrə gedir.

Hazırda keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara tezliklə qayıtması əsas məsələlərdən biridir.

Prezident İlham Əliyevin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndəsini təyin edən zaman çıxışında qeyd etdi ki, Zəngilan birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, bura böyük və rahat kənd olacaq.

Zəngilan rayonunda böyük infrastruktur layihələr həyata keçirilir. Bu gün Azərbaycan regionun əsas tranzit ölkəsi olaraq böyük imkanlara sahibdir. Qarabağın azad olunması bu imkanları daha da artıracaq. Əhalinin məşğulluğu vacib məsələlərdən biridir. Ağalı kəndində bu məsələnin həlli üçün geniş imkanların yaradılması nəzərdə tutulub. Keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar hazır olacaq. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatıdır. Nəinki Zəngilan, işğaldan azad olunan bütün torpaqlarda kənd təsərrüfatı üçün əlverişli münbit şərait var. Bütün bu tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq. 21-ci əsrdə nəinki ölkəmizdə, hətta dünyada ərzaq təhlükəsizliyi ön plandadır. Son illərdə bu istiqamətdə bir çox işlər görülüb. Bundan sonra da bu sahədə əhəmiyyyətli işlər nəticəsində irəliləyişlər olacaq.

Artıq Ağalı kənd sakinlərinin məşğulluğuna və kiçik sahibkarlığa çıxışına dəstək məqsədi daşıyan layihələr tətbiq olunur. Bu layihəyə Ağalı kəndinin 30 sakini cəlb edilib. Onlar üçün biznes təlimləri təşkil olunub. Təlimlərdə iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Növbəti mərhələdə isə Ağalı kənd sakinləri doğma kəndlərinə qayıdandan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində müəyyən iqtisadi sahələr üzrə avadanlıqlarla təmin olunacaq.

 

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini, fəal gənc