Xəbəraz

Sabunçuda avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb

Sabunçuda avtomobillə vurulan 63 yaşlı kişinin ayağı sınıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəbəraz.org-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Hüseynov Hüseyin Əmirxan oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.