Xəbəraz

İsrail Suriyaya raket zərbəsi endirdi – Ölənlər var

  • 14 May 2022
  • 2.203 baxış.
İsrail Suriyaya raket zərbəsi endirdi – Ölənlər var

Suriyanın mərkəzi hissəsindəki Masyaf şəhərinə raket hücumu olub.

Xəbəraz.org “SANA” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb.

İlkin məlumata görə, ölənlər arasında mülki vətəndaş da var. Raket hücumu ilə əlaqədar 7 nəfər yaralanıb.

Zərbədən sonra kənddə yanğın başlayıb.

Suriya mediası cümə günü baş verən hücumda İsraili günahlandırıb.

Qeyd edək ki, Suriya tez-tez İsraili öz ərazisinə hücumlarda ittiham edir.

İsrail Müdafiə Nazirliyi belə xəbərləri şərh etmir.