Xəbəraz

İsveç NATO danışıqları üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərəcək

  • 16 May 2022
  • 1.680 baxış.
İsveç NATO danışıqları üçün Türkiyəyə diplomatlardan ibarət nümayəndə heyəti göndərəcək

“Skandinaviya ölkələri terror təşkilatının qonaq evi kimidir. Üzvlüklərinə müsbət baxa bilmərik”.

Xəbəraz.org xəbər verir ki, bu sözləri İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün hərəkətə keçəcəklərini açıqladıqdan sonra Türkiyə Prezidenti Ərdoğan deyib.

Bu inkişafdan sonra İsveç hökuməti NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Türkiyəyə diplomatlardan ibarət bir heyət göndərmək qərarına gəldiyini açıqlayıb.

Qeyd edək, Finlandiya və İsveç NATO-ya müraciət edəcəklərini bəyan etdikdən sonra bütün dünyanın gözü bu bölgəyə çevrilib.